Xarici xəbərlər

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə qarşı etirazlar səngimir

11-12-2017 | 12:14        

ABŞ Prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımaq və səfirliyi Təl-Əvivdən Qüdsə köçürmək qərarına qarşı etirazlar səngimir.
Fələstində keçirilən aksiyalarda iğtişaşlar baş verib. Vifleyemdə etirazçılar polisə daş parçaları atıblar. Polis onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. İordan çayının qərb sahilində Nablus şəhərində təşkil olunan nümayişdə minlərlə adam iştirak edib. Aksiya “Qüds - Fələstinin paytaxtı” şüarı altında keçirilib. Ramallah və Tülkarm şəhərlərində də nümayişlərdə polislə toqquşmalar baş verib. Son 4 gün ərzində etirazlarda 4 fələstinli ölüb, 1000-ə yaxın adam yaralanıb.
ABŞ-ın məlum qərarı Pakistanda da etirazlara səbəb olub. Kəraçi şəhərində yüzlərlə aksiya iştirakçısı qərarla razılaşmadıqlarını bəyan edib.
Oxşar nümayiş Mərakeşdə də təşkil olunub. Paytaxt Rabatda keçirilən aksiyada cəmiyyətin müxtəlif təbəqələrindən olan on minlərlə adam iştirak edib.
Livanda da analoji etiraz aksiyaları iğtişaşla nəticələnib. Polis paytaxt Beyrutda ABŞ səfirliyi qarşısında keçirilən nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Almaniyada ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarına qarşı nümayiş təşkil olunub. “Qüds həmişə Fələstinin paytaxtı olacaq!” şüarı ilə Berlində keçirilən yürüşdə minə yaxın adam iştirak edib.   