İdman

“F1i” saytı: “Azərbaycan Formula 1 yarışlarında ən çox tamaşaçı artımı göstərən ölkədir”

11-12-2017 | 12:03        

  

Hazırda dünyanın ən məşhur avtomobil yarışı olan “Formula 1” turnirin rəsmi saytı tamaşaçı artımına dair statistika açıalyıb. Məlumatda bildirilir ki, 2017-ci ildə "Formula-1" Qran-prisi ziyarətçilərinin sayı orta hesabla 8 faiz artıb. Statistikaya görə, promoterlər tərəfindən təqdim olunan auditoriya 20 yarışdan 13-ündə artıb, ümumi tamaşaçı sayı isə 4 milyon nəfəri ötüb. 60 min nəfərlik ən böyük artım Kanada və Avstriyada qeydə alınıb, nisbi rəqəmlərdə özünü ən yaxşı tərəfdən göstərən ölkə isə Azərbaycan olub. Bu il iyunun 23-dən 25-dək Bakıda keçirilən “Formula-1” yarışlarında 2016-cı il mövsümü ilə müqayisədə tamaşaçı sayı iki dəfə artıb. Bu il dünya çempionatının Bakı mərhələsinə tamaşaçı kimi gəlmiş əcnəbi turistlərin də sayı əvvəlki ildəkindən iki dəfə çox olub. Növbəti ildə də Avropa Qran prisinə ramaşaçı marağı böyükdür. Artıq 2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı balayıb. Dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur. Gələn il yanvarın 1-dən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq. Yerli sakinlər üçün nəzərdə tutulmuş 25 faizlik endirim isə qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq. Qeyd edək ki, gələn il Formula 1 Azərbaycan qran prisi aprelin 27-29-da keçiriləcək.