İqtisadiyyat

Bakının toxuculuq sənayesində 34,8 faiz artım olub

11-12-2017 | 11:30        

  

Dövlətin diqqət və qayğısı sayəsində Bakının toxuculuq sənayesi  sürətlə inkişaf edib. Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, əvvəlki illərin  yanvar-oktyabr ayları ilə müqayisədə bu sahədə 34,8 faiz artım müşahidə olunub.

Prezident İlham Əliyevin təsdiq etdiyi Strateji Yol xəritəsi ölkəmizin iqtisadiyyatın inkişafında böyük rola malikdir. Bu strategiya çərçivəsində Azərbaycanda bütün sahələr, o cümlədən sənayələşmə sürətlə inkişaf edir. Ölkəmizin sosial-iqtisadi tərəqqisi getdikcə sürətlənir. Həyata keçirilən mühim dövlət proqramları, məqsədyönlü islahatlar, davamlı inkişaf, ümumdaxili məhsulun artımında öz müsbət nəticəsini göstərir. Dövlət başçısının iş adamlarına dəstəyi sayəsində Azərbaycanda sahibkarlığın inkişafına da əlverişli şərait yaradılıb. Paytaxtla yanaşı regionlarda da sənaye komplekslərinin yaradılması ölkəmizi yerli məhsullarla təmin etməklə yanaşı, xaricə ixracına da yol açıb. İndi “Made in Azerbaycan”-ın sorağı bütün dünyaya səs salıb. Dövlətin diqqət və qayğısı sayəsində Bakının toxuculuq sənayesində 34,8 faiz artım müşahidə edilib. Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, paytaxtın toxuculuq sənayesində geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 84,2 milyon manat dəyərində məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə geyim istehsalında 14,4 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 47,0 faiz artım olub.