Siyasət

11 ayda Ermənistanı bir dəfəlik tərk edənlərin sayı 23 minə çatıb

11-12-2017 | 10:48        

  

Ermənistanda işğalçılıq siyasəti ilə ölkəni təcrid vəziyyətinə salan hökumət iqtisadi böhranın yaratdığı çətinlikləri aradan qaldırmağa cəhd göstərmir. Bu da əhalinin köçünü sürətləndirib. İlin 11 ayında Ermənistanı bir dəfəlik tərk edənlərin sayı 23 minə çatıb. Bu da indiyədək qeydə allınan ən rekord göstərici hesab olunur. 

Ermənistanda əhalinin miqrasiyası tempinin artması, doğum sayının isə aşağı düşməsi sosioloqları narahat edir. Bu mövzuya yerli mətbuat, siyasi partiyalar, hətta hökumət tez-tez müraciət edir. Vəziyyət isə ildən-ilə ağırlaşır. Miqrasiya böhranın qarşısını almaq məqsədilə müxtəlif  vasitələrdən istifadə olunsa da heç bir nəticə əldə edilmir. Vətəndaşlar bunu Ermənistanda sosial-iqtisadi, siyasi sabitliyinin olmaması ilə əlaqələndirirlər. Əyalətlərdə əsil safalət hökm sürür. Həm mərkəzlərdə, həm də kəndlərdə   normal həyat şərtləri yoxdur. İnsanlar iş tapa bilmirlər. Ona görə də vətəndaşların kütləvi şəkildə ölkəni  tərk etmələri son 11 ayda da davam edib. Statistika İdarəsinin yaydığı məlumatda deyilir ki, xaricə köç edənlərin sayı 65 min nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37 min nəfər çoxdur. 23 min Ermənistan vətəndaşı isə ölkəni birdəfəlik tərk edib.  Müstəqil tədqiqatçıların hesablamalarına görə hazırda Ermənistanda faktiki yaşayanların sayı 1 milyon 200 min nəfərdən artıq deyil. Erməni analitik Aharon Adibekyan, bir müddət əvvəl fransızdilli Nuvel darmeni saytına müsahibəsində   bildirib ki, əhalinin Ermənistandan kütləvi köçünün qarşısını almaq üçün 150 milyard dollar lazımdır. Ölkə büdcəsi isə bu rəqədmlərdən qat-qat aşağıdır.

"Xəbərlər" Azərbaycan Televiziyası