İqtisadiyyat

Dünya Enerji Şurası: Azərbaycan energetika sistemi üzrə 125 ölkə arasında 31-ci yerdədir

08-12-2017 | 13:29        

  

Dünya Enerji Şurasının 2017-ci il üçün tərtib etdiyi “energetika trilemmasının indeksi”ndə Azərbaycan 125 ölkə arasında 31-ci yerdədir. Ölkəmiz reytinqdə Cənubi Koreya, Avstraliya, Çin, Rusiya kimi ölkələri geridə qoyaraq Yaponiyadan sonra qərarlaşıb. “Energetika trilemmasının indeksi”ndə əksini tapan məlumata əsasən bu indeks 125 ölkənin davamlı enerji sistemi ilə təminetmə qabiliyyətini üç bənd üzrə - enerji təhlükəsizliyi, enerji bərabərliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsasən qiymətləndirir. İndeksdə 31-ci yeri tutan Azərbaycan enerji təhlükəsizliyi və enerji bərabərliyi üzrə 44-cü, ekoloji davamlılıq üzrə isə 19-cu pillədə möhkəmlənib. Azərbaycandan 21 pillə geri qalan Ermənistan 52-ci yerdədir. Xatırladaq ki, Dünya Enerji Şurası beynəlxalq qeyri-kommersiya enerji təşkilatıdır. BMT-də akkreditə olunan bu qurum enerji problemləri ilə məşğuldur, öz sıralarında dünyanın 100-ə yaxın ölkəsindən 3000-dən çox dövlət və özəl təşkilatı birləşdirir.