Xarici xəbərlər

Ermənistanda çoxmərtəbəli yaşayış binaları qəza vəziyyətindədir

08-12-2017 | 11:49        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda mindən artıq çoxmərtəbəli yaşayış binası qəza vəziyyətindədir. Hökümət bu problemi aradan qaldırmaq üçün milyardlarla dollar vəsaitin lazim olduğunu deyir. Bununla bağlı keçirilinən brifinqdə təmir-bərpa işlərinin aparılması üçün ölkə büdcəsində bu qədər vəsaitin çatışmadığı bildirilib. 

Son 30 ildə Ermənistanda bir dənə də olsun yaşayış binası tikilməyib. Sovet dövründə inşa olunan çoxmərtəbəli binalar isə təmir-bərpa işləri aparılmadığından qəza vəziyyətindədirlər. Bu barədəİrəvanda keçirilən brifinqdə işğalçı ölkənin Fövqəlada hallar nazirliyinin  zəlzələdən müdafiə mərkəzinin rəhbəri Zaven Xlqatyan məlumat verib. Onun sözlərinə görə əgər Ermənistanda 1988-ci ildə baş verən təbii fəlakət təkrarlansa Yaşayış binalarının 40 faizi dağılacaq. Tələf olanların sayı isə 110 mini keçəcək. Mərkəz hələ 2010-cu ildə hökuməti bu barədə məlumatlandırıb. Yapon mütəxəssisləri ilə birgə çoxmərtəbəli binalara keçirilən baxışdan sonra məlum olub ki, təkcə İrəvanda yüzlərlə tikili qəzalı vəziyyətdədir. Bu binalar isə əsasən seysmik aktiv zonalarda inşa olunub. Aradan 7 il keçməsinə baxmyaraq hökumət  heç bir qabaqlayıcı tədbir həyata keçirməyib. İrəvandakı 4600 çoxmərtəbəli binada təkcə sesmik aktivliyinin qarşısını almaq üçün 12-15 milyar dollar vəsait lazımdır. Təmir-bərpa işlərinin aparılması üçün də xeyli vəsait lazımdır.  Bu qədər məbləq isə Ermənistan büdcəsində yoxdur. Ona görə də 29 il ərzində Spitakda baş verən güclu zəlzələnin nəticələrini də aradan qaldırmaq mümkün olmayıb. Vanadzor sakinləri deyirlər ki, 1988-ci ildə baş verən təbii fəalkətdən sonra mərkəzdə yerləşən Qriboedov küçəsindəki tikililər ciddi zərər görüblər. İndiyədək isə onların təmiri ilə bağlı heç bir addım atılmayıb. Binaların üst mərtəbələrində yaşayanlar artıq mənzillərini tərk ediblər. Getməyə yeri olmayanlar isə məcburən dözürlər. Vanadzor meriyasından 3280 mənzildən ibarət,  84 qəzalı binanın odluğu deyilir. Bu problemin aradan qaldırılması isə mümkün deyil. Səbəb yenə də ənənəvidir. Büdcədə vəsait yoxdur. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR