Digər

Türkiyə, Qırğızıstan və Gürcüstanın bir necə televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

07-12-2017 | 10:13        

  

Qırğızıstanın beş televiziya kanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb. “Azərkosmos" ASC-i ilə Qırğızıstanın “New TV”, “ON1 TV”, “Kanal 7 TV”, “TNT Aziya” və “RTV” kanalları arasında imzalanan müqaviləyə əsasən, bu televiziyaların yayımı “Azerspace-1” peyki üzərindən həyata keçirilir. Qeyd edək ki, bu kanallarda qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş etdirilir. Bundan başaq Türkiyənin “ARAS” və “Kanal C”, eləcə də Gürcüstanın “İBERİA TV” telkanalları da “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə olunan “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsi və xidmətlər spektrinin genişləndirilməsi daxildir.