Siyasət

Azərbaycanın xarici işlər naziri Avstriyaya işgüzar səfərə yola düşüb

06-12-2017 | 09:11        

  

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və ATƏT-in Nazirlər Şurasının dekabrın 7-8-də keçiriləcək 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.