Rəsmi xronika

Ermənistanda içməli suyun qiyməti qalxır

05-12-2017 | 15:53        

  

Ermənistanın Tarif şurasındakı ictimai xidmətlərin nizama salınması üzrə komissiya “Veoliya Jur” şirkətinin müraciəti əsasında içməli suyun qiymətinin artırılması ilə bağlı qərar qəbul edib. Yanvarın 1-dən əhali 1 kub metr suya görə 191,4 dram ödəməli olacaq. Komissiyaının bu qərar istehlakçılar tərəfindən narazılıqla qarşılanıb.

Aysor Panarmenian televiziyasının hazırladığı reportajda bildirilir ki, Ermənistanda suyun qiyməti ilə bağlı yeni etiraz dalğası gözlənilir. Hazırda paytaxtın su istehlakçıları üçün qüvvədə olan tarif 1 kub üçün 180 dram təşkil edir. Hökumət əhalini aldadaraq daha əvvəl bildirirdi ki, “Veoliya Jur”-un  artım təklifindən imtina olunub. Ölkə vətəndaşları yenə aldadıldıqlarını söyləyirlər. Bildirilir ki, ölkədə içməli su ilə bağlı ciddi problemlər mövcuddur. Əhaliyə göstərilən xidmətin keyfiyyəti olduqca aşağıdır. Elə ərazilər var ki, orada ilboyu su tapmaq mümkün deyil. Əvvəllər Ermənistanın bir neçə su operatoru var idi. İndi isə bu sistem vahid qurumun əlindədir. Onlar da istədikləri kimi davranırlar.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR