Digər

Dekabrın 5-i Beynəlxalq Könüllülər Günüdür

05-12-2017 | 12:29        

  

Dekabrın 5-i Beynəlxalq Könüllülər Günüdür. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Azərbaycanda könüllülük hərəkatı son illərdə təşəkkül tapmağa və inkişaf etməyə başlayıb. Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunub. Ölkədə keçirilən beynəlxalq tədbirlərdə ASAN könüllülərinin iştirakı könüllülük hərəkatına xüsusi prestij qazandırıb. Qeyd edək ki, könüllülüyün məqsədi ayrı-ayrı fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir.