Bölgələr

Bolqarıstanın keçmiş prezidenti Peter Stayanov Şəkidə olub

12-10-2011 | 18:40        

  

Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov Şəkiyə səfər edib  Qonaq şəhərin  tarixi memarlıq abidələri  və turizm potensialı ilə tanış olub. Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı, Bolqarıstanın eks  prezidenti Peter Stoyanovun Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədinin ziyarətlə başlayıb. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa məlumat  verib ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Kiş məbədi  Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir.  Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq da qonaqda xoş təəssürat oyadıb. Sarayla  tanışlıq  zamanı  xalq  təsviri  sənətinin  bir  çox  növləri, xüsusilə də  18-19-cu  əsrlərə  aid  maraqlı  divar  rəsmləri  qonağın  diqqətini  cəlb  edib.   Şəkiyə səfəri çərçivəsində  Stoyanov XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilən “Yuxarı karvansara” mehmanxana kompleksində də qonaq olub. Səfərin sonunda Peter Stoyanova Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilib .

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (28.09.2016) :
Yağış Gecə : +15+17 | Gündüz: +20+22
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5966 | Satış: 1.6944

Rubl:
Alış: 0.0245 | Satış: 0.0265

Avro:
Alış: 1.7862 | Satış: 1.9053
AzTV TƏQDİM EDİR