Xarici xəbərlər

Rusiya prezidenti dünya iqtisadi forumunda çıxış edib

27-01-2011 | 18:32        

  


 

Rusiya prezidenti Dmitri Medvedev Davosda  keçirilən Dünya İqtisadi Forumunda iştirak edib. Forumun ilk günündə çıxış edən Rusiya prezidenti ölkəsində və dünyada baş verən hadisələrlə bağlı fikirlərini açıqlayıb. Dmitri Medvedev Moskvanın Domodedovo aeroportunda törədilən terror aktına da toxunub. Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin beynəlxalq terrordan müdafiəsi üçün səylərin gücləndirdiyini deyib. O terrorun hüquq və insan azadlığı təhlükə altına salaraq beynəlxalq sülhə və inkişafa böyük maneə olduğunu bildirib.Rusiya prezidenti Amerika Birləşmiş Ştatları ilə münasibətlərə də toxunub. O, strateji hücum silahlarının ixtisarına dair imzalanan razılaşma sənədinin ratifikasiya edilməsini iki ölkə arasında müsbət münasibətlərin təzahürü kimi dəyərləndirib. Medvedev hətta bunu beynəlxalq münasibətlər üçün gözəl nümunə adlandırıb. Sosial şəbəkələrin dünya iqtisadiyyatına verdiyi töhfələrdən danışan Dmitri Medvedev innovativ texnologiyaların yayılmasının vacibliyini vurğulayıb. O, ölkəsinin modernləşdirilməsi üçün 10 prioritet istiqamətin müəyyənləşdirildiyini deyib. Bu istiqamətdə aparılacaq islahatlarla Rusiyada beynəlxalq investisiya qoyuluşu, maliyyə bazarının inkişafı, innovativ təşəbbüskarlar üçün şəraitin yaradılmasına nail olunacaq.