Cəmiyyət

Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunan ailələrin sayı 1232 nəfərə çatıb

05-12-2017 | 10:41        

  

Dövlət başçısının sərəncamına uyğun olaraq bölgələrdə sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən özünüməşğulluq proqramının icrası davam edir. Sözügedən proqram çərçivəsində artıq 1232 aztəminatı ailəyə aktivlər verilməklə onların müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmalarına, gəlirlərini artıraraq yoxsulluqdan sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradılıb. Verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 84 faizi kənd təsərrüfatı  qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Bununla yanaşı Cari ildə məzun və tələbələr üçün “Karyerada ilk addım” devizi altında 9 ali təhsil ocağında təşkil edilən aktiv məşğulluq tədbirlərində 519 müəssisə tərəfindən 2,6 min boş  iş yeri təqdim olunub