İdman

“Roma” - “Qarabağ” matçını alman hakimlər idarə edəcək

04-12-2017 | 09:18        

  

Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək "Roma" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.

Qitənin ali futbol qurumu bu matçı Almaniyadan olan ədalət təmsilçilərinə tapşırıb.

Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirəcək.

Dekabrın 5-də keçiriləcək "Roma" - "Qarabağ" oyunu saat 23:45-də başlayacaq.