Xarici xəbərlər

Kataloniyada siyasi böhran iqtisadi itkilərə səbəb olub

01-12-2017 | 13:47        

İspaniyanın Kataloniya regionunda siyasi böhran qısamüddətli perspektivdə ölkə iqtisadiyyatına təsir göstərməyəcək. Hökumət 2017-ci il üçün ölkənin ümumi daxili məhsul artımı proqnozunu olduğu kimi, 3,1% səviyyəsində saxlayıb. Lakin 2018-ci il üçün İspaniya hökuməti iqtisadi atım proqnozunu 2,8%-dən 2,3%-ə qədər azaldıb. Kataloniyanın ÜDM-i İspaniya iqtisadiyyatının 20%-ni təşkil edir. Məhz bu səbəbdən regiondakı siyasi sabitlik İspaniya iqtisadiyyatı üçün çox vacibdir. Siyasi böhran Kataloniyanın turist axınına da ciddi təsir göstərib. Regiona gələn turistlərin sayı 5% azalıb. Həmçinin  “CaixaBank və “Sabadell” bankı da daxil olmaqla 3 minə yaxın müəssisə nümayəndəliyini Barselonadan Madridə və İspaniyanın digər şəhərlərinə köçürüb. 