İqtisadiyyat

Azərbaycan Ümumdünya İnternet Konfransında iştirak edir

01-12-2017 | 11:23        

  

Çinin Vuzhen şəhərində  Ümumdünya İnternet Konfransı öz işinə başlayıb. Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Konfransda Azərbaycanın internet texnologiyaları sahəsində əldə etdiyi təcrübə barədə məlumat veriləcək. Tədbirdə məqsəd rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması və elektron xidmət növlərinin faydaları barədə məsələlərin müzakirə olunmasıdır.