Xarici xəbərlər

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın növbəti ballistik raket sınağı ilə əlaqədar növbədənkənar iclas keçirib

30-11-2017 | 13:30        

  

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın növbəti ballistik raket sınağı ilə əlaqədar növbədənkənar iclas keçirib. Toplantıda çıxışı zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bütün ölkələri Şimali Koreya ilə diplomatik və ticarət əlaqələrini kəsməyə çağırıb. O, ABŞ-ın münaqişə istəmədiyini, lakin müharibə başlayacağı təqdirdə Şimali Koreya rejiminin tamamilə məhv ediləcəyini bəyan edib. Nikki Heylinin sözlərinə görə davamlı aqressiya aktları regionda sabitliyin pozulmasına yönəlib. ABŞ-ın daimi nümayəndəsi Şimali Koreyanın BMT-də səs hüququndan məhrum edilməli olduğunu qeyd edib.