İqtisadiyyat

Ölkəyə daha 1 milyon ədəd tut tingi gətirilib

30-11-2017 | 11:34        

  

Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən ötən gün baramaçılıqla məşğul olan fermerlərə çatdırılmaq üçün daha  bir milyon ədəd tut tingi ölkəmizə gətirilib. Kümçilərə pulsuz veriləcək çəkillər fermerlərə paylanılacaq. Məqsəd ipəkçilik sənayesinin  inkişafında barama istehsalında daxili tələbatın tamamailə ödənilməsi və ixraca nail olmaqdır.

Çin Xalq Respublikasından tut tingləri ilə yüklü kargo tipli nəhəng  hava layneri Heydər Əliyev Beynəlxalq Hava limanında qarşılandı. Dövlət başçısının ipəkçilik və baramaçılıq sənayesinin inkişafı ilə bağlı verdiyi müvafiq sərəncama əsəsən  dövlət vəsaiti hesabına alınan bir milyon ədəd  2 illik çəkillər respublikanın 38 rayonunun fermerlərinə paylanılacaq. Məhsuldar növ kimi xüsusi olaraq Azərbaycan coğrafi şəraitinə uyğun yetişdirilən bu calaq tinglər  ötən il də gətirlib və artıq sınaqdan çıxarılıb. Öz  effektini göstərən ağaclar fermerlər tərəfinfən bəyənilib. Məhsuldarlıqla yanaşı yarpaqları yumşaq və baramanın yemlənməsi üçün faydaldır. Kənd Təsərrüfatı Nazirliyinin rəsmilərinin də iştirakı ilə  gətirilən tiglər fitosanitar baxışdan keçirildi və qəbul edildi.

Tinglərin bütün rayonlara paylanılması üçün nəqliyyat vasitələri də ayrılıb. Rayon aqrar təsərrüfat sahələrinin təmsilçiləri tingləri qəbul ediblər. Xatırladaq ki, ötən il də ölkə Prezidentin müvafiq sərəncamına əsasən Çindən Azərbaycana 1 milyon  500 ədəd  tut tingi gətirilib. Həmin tinglər 37 rayonun fermerlərinə paylanılıb. Barmaçılıqda yem bazasının təmin olunmasının nəticsidir ki, bu il  245 ton barama istehsal olunub. Növbəti mövsüm üçün isə 500 tona yaxın barama istehsalı planlaşdırılıb.