Xarici xəbərlər

Ermənistanda hər üç nəfərdən biri yoxsuldur

30-11-2017 | 10:42        

  

Ermənistanda hər üç nəfərdən biri yoxsuldur. Bu barədə məlumat Statistika Xidmətinin ilin 10 ayının hesabatında yer alıb. Məlumata görə, Ermənistanda  980 minə yaxın vətəndaş səfalət içərisində yaşayır. Xidmətin hesabatını  şərh edən ekspertlərin fikrincə,  hakimiyyətdə olanlar daha çox şəxsi mənafeləri üçün çalışırlar. Əhali isə səfil vəziyyətdə yaşayır. Bu səbəbdən də çıxış yolunu xaricə üz tutmaqda görən vətəndaşların sayı sürətlə artır. Bunun nəticəsində isə Ermənistanda iqtisadi aktiv əhalinin sayı azalır.  2012-ci ildə işləyən əhalinin sayı  ilə 2016-cı ilin hesabatı arasında kəskin fərq var. İqtisadi aktiv əhalinin sayı hər il orta hesabla 40 000 nəfər azalıb. Ermənistan vətəndaşları arasında keçirilən sorğuya əsasən miqrasiyanın bundan sonra da davam edəcəyi hətta daha da sürətlənəcəyi gözlənilir. Çünki, sorğuda iştirak edən respondentlərin hər beş nəfərdən 3-ü ölkəni tərk etmək haqqında düşünür. Bunun isə səbəbi çox sadədir. Ermənistan vətəndaşları səfalət girdabından qurtarmağın tək yolunu ölkədən qaçmaqda görürlər. Respondentlər bildirirlər ki, Ermənistanda onlar üçün heç bir perspektiv yoxdur. Burada   yaxşı yaşamaqdan ötrü nə normal infrastruktur, nə də təhsil almaq mümkündür. Ölkədə iş tapmaq da çox çətindir. Səhiyyə xidmətlərindən isə danışmağa dəyməz.   Ona görə də vətəndaşlar  fürsət tapan  kimi bu ölkəni tək edib qaçmağa üstünlük verirlər.