İqtisadiyyat

QDİƏT Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyası davam edir

30-11-2017 | 10:22        

  

Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyası davam edir. Azərbaycanın qurumdakı nümayəndə heyətinin də iştirak etdiyi toplantıda Qara dəniz  regionunda  iqtisadi böhranın nəticələrinin aradan  qaldırılması,  gənc  ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud  problemlərə dair fikir  mübadiləsi  aparılır. Sessiyada Azərbaycanın iqtisadi uğurları barədə geniş məlumat verilib. Qeyd olunub ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Qara Dəniz ölkələri ilə ticarət dövriyyəsi 4,6 milyard dollara çatıb. İki günlük sessiyanın sonunda QDİƏT sədrinin müavinləri seçiləcək. Üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bəndin də əksini tapdığı bəyannamə isə sessiyanın birinci günündə qəbul olunub.