Siyasət

Cenevrədə Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası keçirilir

30-11-2017 | 10:20        

  

Cenevrədə yerləşən Millətlər Sarayında Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 108-ci sessiyası keçirilir. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyanın ilk günündə bir sıra təşkilatı məsələlərə baxılıb. Bununla yanaşı toplantıda bəzi ölkələri təşkilata üzvlüyinə baxılıb.İclasda həmçinin təşkilatın yaranması, fəaliyyəti,son illər görülən işlər, 108-ci sessiyası çərçivəsində qlobal miqrasiya proseslərinin müxtəlif aspekt­­­lərini əhatə edən mövzuların müzakirə olunub. Çıxış edənlər miqrasiya siyasəti və mexanizmlərinin daha da təkmilləşdirilməsi, təşkilatın fəaliyyətinin hazırkı durumu və gələcək perspektivləri barədə danışıblar.