Mədəniyyət

Romada Azərbaycan mədəniyyəti və mətbəxi festivalı keçirilir

30-11-2017 | 10:09        

  

Azərbaycan-İtaliya münasibətərin strateji xarakter daşıyır, bu əlaqələr iqtisadi, siyasi, ticari sahələrdə sürətlə genişlənir. Mədəni sahədə də yeni istiqamətlərin formalaşması üçün hər iki ölkədə bir sıra layihələrin icrasına start verilib. Bu fikirlər Romada keçirilən Azərbaycan mədəniyyəti və mətbəxi festivalının açılış mərasimində səsləndirildi.

Ölkəmizin İtalyadakı səfiri Məmməd Əhmədzadə qeyd etdi ki, kulinariya ənənləri Azərbaycan xalqının əsrlər boyu formalaşmış tarixi dəyəridir. Bu səbəbdən də festival İtaliya ictimaiyyətini milli təamlarımızla yanaşı, mədəniyyət tariximiz və adət-ənənlərimizlə yaxından tanış etmək məqsədi daşıyır.

İtaliyanın Mədəniyyət və Turizm nazirinin müavini Antimo Çezaro, milli mətbəximizlə hələ Bakıda olarkən tanış olduğunu və çox bəyəndiyini bildirdi. Qeyd etdi ki, Azərbaycandakı multukulturlizm, tolerantlıq mühiti öz mətbəx xüsusiyyətlərində əks olunub.

Digər çıxışçılar isə, Azərbaycanın keyfiyyətli ərzaq məhsulları, kənd təsərrüfatı malları istehsalçısı kimi Avropa bazarlarında, xüsusilə İtaliyada öz yerini tutduğunu vurğuladılar.

Daha sonra Azərbaycan mətbəxinin atributlarından biri kimi, şah plov gətirildi. Plovla yanaşı, festivalda Azərbaycandan gələn peşəkar aşpazların hazırladığı daha 14 növ təam nümayiş etdirildi. Milli mətbəximizin özünəməxsus kompanentləri olan nar şirəsi, şərbət növləri, zəfəran mərasim iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Festivalın açılış mərasimində Azərbaycanlı və italiyalı musiqişilər tərəfindən klassik musiqi incilərimiz ifa edildi.

Azərbaycan mətbəxi festivalı 3 gün davam edəcək.