Xarici xəbərlər

Viktoriya Avstraliyanın evtanaziyanı qanuniləşdirən ilk ştatı olacaq

29-11-2017 | 13:29        

  

Avstraliyanın Viktoriya ştatı ölkədə evtanaziyanı qanuniləşdirən ilk ştat olacaq. Parlamentin hər iki palatasında 100 saatdan artıq davam edən müzakirələrdən sonra aşağı palata müvafiq qanun layihəsini qəbul edib. Layihə kraliçanın razılığını almaq üçün qubernatora təqdim olunacaq. Qanunun 2019-cu ildə qüvvəyə minəcəyi gözlənilir.