Cəmiyyət

Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq

29-11-2017 | 11:32        

  

Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq. Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin təsis edilməsi barədə qərar Azərbaycan Ombudsman Aparatı ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Bununla bağlı dekabrın 14-15-də Ankarada, Türkdilli dövlətlərin ombudsmanların toplantısı da təşkil olunacaq. İlk dəfə keciriləcək toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Şimali Kipr Türk Respublikasının iştirakı nəzərdə tutulub.