İqtisadiyyat

Bu il pambıqçılığın inkişafı üçün 10 milyon manata yaxın güzəştli kredit verilib

27-11-2017 | 10:22        

  

Dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına diqqət daha da artırılıb. Bu ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı ilə bağlı  fermerlərə 9,8 milyon manat dövlət güzəştli krediti ayrılıb. Bu sahəyə marağın nəticəsidir ki, əkin sahələrinin sahəsi genişləndirilərək 136 min hektara çatdırılıb. Son statistik məlumata əsasən, ölkə üzrə pambıq qəbulu məntəqələrinə artıq 189 min 567 min tondan çox məhsul təhvil verilib. Xatırladaq ki, 2016-cı ildə ölkə üzrə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı.