İqtisadiyyat

Bu ilin 10 ayında meyvə-tərəvəz ixracı xeyli artıb

27-11-2017 | 10:16        

  

Bu ilin 10 ayında meyvə-tərəvəz ixracında xeyli artım olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 94,5 faiz, təzə meyvə təxminən 31 faiz, kartof 51 faiz, tütün 82 faiz artıb. Meyvə və tərəvəz şirələrinin ixracında 69 faiz, təbii üzüm şərablarında isə 75 faiz artım müşahidə edilib.