Xarici xəbərlər

Miqrantlar Avropaya çatmaq üçün istifadə etdikləri marşrutları dəyişdiriblər

24-11-2017 | 14:50        

  

2017-ci ilin üçüncü rübündə miqrantlar Avropaya çatmaq üçün istifadə etdikləri marşrutları dəyişdiriblər. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaydığı hesabatda deyilir. Qurumun Avropa Bürosunun rəhbəri Paskal Moronun sözlərinə görə İtaliyaya gələn qaçqınların sayı azalıb. Onlar Avropaya əvvəlki kimi Liviya ərazisi vasitəsilə deyil, Tunis, Türkiyə və ya Əlcəzair vasitəsilə gəlirlər. Yaydan başlayaraq dəniz və quru yolu ilə Yunanıstana gələn miqrantların sayında artım qeydə alınıb. Sentyabrda bu ölkəyə 4800 miqrant gəlib. Bu, 2016-cı ilin martından bu yana qeydə alınmış ən yüksək göstəricidir. Hesabata əsasən, bu ilin iyul-sentyabr aylarında İspaniyaya gələn miqrantların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 90% artıb. Onların əksəriyyəti Mərakeş, Kot-d'İvuar, Qvineya və Suriya vətəndaşlarıdır. İlin əvvəlindən Avropaya valideynlərinin müşayiəti olmadan 15200 miqrant gəlib. Qanunsuz miqrasiya qurbanlarının da sayı əvvəlki kimi çoxdur. 2017-ci ildə dəniz yolu ilə Avropaya üz tutan 3000-ə yaxın miqrant həlak olub və ya itkin düşüb.