Xarici xəbərlər

İraq ordusu “İŞİD”ə qarşı son əməliyyatlara başlayıb

24-11-2017 | 12:52        

İraq ordusu “İraq-Şam İslam Dövləti” terrorçularına qarşı son hərbi əməliyyatlara başlayıb. Suriya sərhədi yaxınlığında reydlərin keçirilməsində məqsəd  səhralıq əraziləri terrorçulardan təmizləməkdir. Bir müddət əvvəl azad edilən şəhərlərdən qaçan silahlıların sərhədyanı bölgələrdə gizləndikləri ehtimal edilir. Birləşdirilmiş Əməliyyat Komandanlığı artıq 5800 km2  ərazinin, eləcə də 77 kəndin terrorçulardan təmizləndiyini açıqlayıb. Xatırladaq ki, İraq ordusu  noyabrın 17-də “İŞİD”in ölkədəki son dayaq nöqtəsi sayılan Rəva şəhərini də azad etmişdi. 