Xarici xəbərlər

Avropa İttifaqı Ermənistanı ofşor ölkələrin qara siyahısına daxil edə bilər

24-11-2017 | 11:18        

  

Avropa İttifaqı Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər. Bu barədə “Bloomberg” agentliyi xəbər verir.  Avrop İttifaqı bununla bağlı Ermənistana dəfələrlər xəbərdarlıq etməsinə baxmayaraq vəziyyət düzəlmir. Beynəlxalq qurumun ayrılan pulların mənimsənilməsi səbəbindən hər il 1 milyard avro itirdiyi bildirilir. Bunun əsas hissəsi Ermənistanın üzərinə düşür. Ötən il  Avropa İttifaqı bu ölkəyə maliyyə yardımını dayandıracağı ilə bağlı xəbərdarlıq da edib. Çünki Beynəlxalq qurum, büdcədən ayrılan vəsaitin məqsədyönlü şəkildə xərcələnməsinin marağında olsa da, Ermənistanda daim problemlərlə üzləşir. Hakimiyyət bu pulları istiqaməti üzrə yox, başqa məqsədlərə xərcləyir. Ona görə də Ermənistanda hər ötən  il iqtisadi böhran bri qədər də dərinləşir. 2018-ci ildə də Ermənistanın büdcə kəsiri və dövlət borcu artacaq. Bu haqda Parlamentin büdcə müzakirələri zamanı Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilir ki, ölkənin xarici borcu artıq gəlirləri 60 faiz üstələyir. Gələn il büdcə kəsiri 156,9 milyard dram təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 3,8 faiz çoxdur. Bundan başqa, 2018-ci ilin yekunu üzrə Ermənistanın dövlət borcu 7 milyard dollara yaxınlaşacaq. Bu isə defoltu sürətləndirəcək. İqtisadçı Vahan Arzumanyan hökümətin özünü gülünc vəziyyətə qoyduğunu deyir. Onun sözlərinə görə Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır.  Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların haqlı etirazına səbəb olur. Ona görə də ölkədə tez-tez xaos və qarşıdurmalar baş verir. Hakimiyyət yalançı manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq böhran içindədir. Sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər  isə hökümətlə sadə vətəndaş arasında ciddi qarşıdurmaya zəmin yaradır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR