İqtisadiyyat

Kənd təsərrüfatı məhsullarının istehsalı 4 faiz artıb

24-11-2017 | 10:14        

  

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmi faktiki qiymətlərdə 5,78 milyard manat təşkil edib.  Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Bu ilin ilk 10 ayı ərzində heyvandarlıq sahəsində məhsul istehsalı 2,8 faiz, bitkiçilik sahəsindən 5,3 faiz artıb. Bununla yanaşı, taxıl və paxlalı bitkilərin yığmında da artım müşahidə olunub. Belə ki, 10 ay ərzində  2,7 milyon tona yaxın taxıl və paxlalı bitki yığılıb. Orta məhsuldarlıq bir hektardan 28,6 sentner təşkil edib. Həmçinin digər kənd təssərüfatı məhsullarının istehsalında da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım əldə olunub.