Cəmiyyət

Moskvada “Qanın milləti yoxdur” adlı aksiya keçirilib

24-11-2017 | 10:00        

  

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü olan bu aksiya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kliniki transfuziologiya və hematologiya kafedrasında təşkil edilib.

Qanvermə aksiyası hər il iyunun 14-də - Dünya Qan Donoru Günü keçirilir. Bu il isə aksiyanın keçirilməsinə səbəb qan xəstəliklərindən əziyyət çəkən insanların yardım göstərilməsi xahişi ilə RAGB rəhbərliyinə ünvanlanan çoxsaylı məktublarıdır. Çox təəssüf ki, müraciət edənlərin böyük əksəriyyəti donor qanına ehtiyacı olan uşaqlardır.

Aksiya zamanı 80-dən çox insan hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qan veriblər. Aksiyada Azərbaycan, Rusiya, Malayziya, İndoneziya, Misir, Çin, Özbəkistan, Gürcüstan və digər ölkələrdən tələbələr iştirak ediblər.

Tədbirin əsas təşkilatçılarından biri, RAGB idarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev deyib: “İştirakçılar bir tərəfdən öz sağlamlıq durumu haqqında məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara kömək etməklə xeyirxah iş görürlər”.

Pulsuz donor aksiyalarında hər il yüzlərlə gənc iştirak edir, toplanmış qan isə xəstələrin müalicəsinə yönəldilir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR