Xarici xəbərlər

““İŞİD” terror qruplaşması İraq və Suriyada nəzarət etdiyi ərazilərin 95%-ni itirib”

23-11-2017 | 15:04        

  

2014-cü ildən bu yana “İŞİD” terror qruplaşması İraq və Suriyada nəzarət etdiyi ərazilərin 95%-ni itirib. Bu açıqlama ilə BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubiş Təhlükəsizlik Şurasının iclasında çıxış edib. Qurum rəsmisi 7 milyon 500 min nəfərin qruplaşmanın əlindən xilas edildiyi bildirib. Yan Kubişin sözlərinə görə “İŞİD” üzərində qələbə baha başa gəlib. Belə ki, minlərlə döyüşçü və dinc sakin qətlə yetirilib və ya yaralanıb, minlərlə qadın həyat yoldaşını, uşaqlar valideynlərini itirib, şəhərlər xarabalığa çevrilib, 6 milyon adam evini tərk etmək məcburiyyətində qalıb. Xüsusi nümayəndə beynəlxalq koalisiyanı və beynəlxalq ictimaiyyəti “İŞİD”i tam məğlub etməkdə, İraq və bütün regionda sabitliyi bərpa etməkdə İraqa kömək etmək üçün səyləri davam etdirməyə çağırıb.