Xarici xəbərlər

Ermənistanda evsizlik və kommunal problemlər dözülməz həddə çatıb

23-11-2017 | 10:56        

  

Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda evsizlik problemi də həllini tapmır. Əsasən də işğalçı ölkənin əyalətlərində vəziyyət daha ağırdır. Vətəndaşlar  artıq bu cür şərtlər altında yaşaya bilmədiklərini deyirlər.

Lernapat kəndinin sakini 57 yaşlı  Qarnik Azaryan 26 ildir sığındığı dəmir evi Ermənistanda yaşamağının cəzası adlandırır. Deyir ki, bu ölkənin vətəndaşı olmaq çətindir. Nə qayğılarınla maraqlanan bir qurum var, nə də problemlərini həll edən hökumət. O, əksər Ermənistan vətəndaşları kimi evsizdir. Çünki, 1988-ci ildə baş verən zəlzələ zamanı evi dağılıb.  Dövlət qurumları  onların yeni mənzillə təmin ediləcəyinə dair  dəfələrlə sözü verib. İndi isə məlum olur ki, zələzlədən zərərçəkənlər üçün evlərin tikilməsi ilə bağlı qərar da ləğv olunub. Qarnik Azaryanın sözlərinə görə qarşıdan gələn növbəti qış digər ailərlər kimi onların da nigaranlığını artırıb. Çünki kənddə mavi yanacaq yoxdur. Odun almağa isə pul tapa bilmirlər.

Ermənistanda nə əhalinin evsizlik, nə də kommunal  problemləri  uzun illərdir həllini tapmır. Evi olnların da güzəranı yaxşı deyil. İrəvanda daxil olmaqla şəhər və rayonlarda  yaşayış binaları qəza vəziyyətindədir. Sakinləri deyirlər ki, belə getsə onlar da evsizlərin sıralarına qoşulacaqlar. Çünki bu cür təhlükəli şəraitdə yaşaya bilmədikləri üçün təcili köçüb getməyə məcburdurlar. Amma özlərinə harada ev tapacaqlarını bilmirlər. Ermənistanda ümumiyyətlə yeni yaşayış binaları tikilmir. Hökumət isə  deyir ki, bu problemin aradan qaldırılması  mümkün deyil. Səbəb ənənəvidir. Büdcədə vəsait yoxdur.