Xarici xəbərlər

Daşqın dağıntı və tələfata səbəb olub

22-11-2017 | 14:31        

  

Vyetnamın mərkəzində aramsız leysan güclü daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 3 nəfər ölüb, itkin düşənlərin də olduğu bildirilir. Daşqın 8 mindən çox ev, yol və əkin sahələrinin su altında qalmasına səbəb olub. Avtomobil və dəmiryol nəqliyyatının hərəkətində problemlər yaranıb. Kənd təsərrüfatına ciddi ziyan dəyib. Qeyd edək ki, ölkədə bu ilin ilk 10 ayında baş verən daşqın və torpaq sürüşmələrində 245 nəfər həlak olub.