Xarici xəbərlər

Ermənistanda aksiyaçılar hökumətə etiraz olaraq yolları bağlayıblar

22-11-2017 | 11:25        

  

Ermənistanın əksər bölgələri kimi Armavir vilayətində də problemlər bitib-tükənmir. Çətin vəziyyətə etiraz edən sakinlər yolları bağlayaraq aksiyaya başlayıblar. Onların sözlərinə görə, təhsil müəssisələri bərbad vəziyyətdədir. Məktəb kollektivləri qəzalı binalarda çalışmaq istəmirlər. Hökumət isə onların problemləri ilə maraqlanmır.

Armavir sakinləri qış aylarında daha çox əziyyət çəkdiklərini deyirlər. Məktəb binası illərdir yararsız vəziyyətdədir. Ona görə də davamiyyət zəifdir. Heç kim övladını belə təhlükəli şəraitdə oxutdurmaq istəmir. Hazırda məktəbdə 261 şagird qeydiyyatda olsa da, dərslərə çox az uşaq gəlir. Etirazçılar 21-ci əsrdə övladları heç bir şəraiti olmayan məktəblərdə təhsil aldıqları üçün xəcalət hissi keçirdiklərini də deyirlər.

Armavir vilayətinin qubernatoru Aşot Qəhrəmanyan problemin həlli üçün sakinlərdən 10 gün vaxt istəyib. Həmin müddət bitsə də, məktəblərin köhnə problemləri qalmaqdadır. Bu da sakinləri yolları bağlayaraq aksiya keçirməyə məcbur edib. Etirazçılar onların taleyi ilə maraqlanmayan hökuməti istefaya çağırıblar. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR