Cəmiyyət

Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb

21-11-2017 | 14:33        

  

Dövlət Sərhəd Xidməti qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və dövlət sərhədinin qanunsuz pozulmasına  qarşı mübarizə tədbirlərini davam etdirir. Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb. Ümumilikdə isə, bu ilin 10 ayında sərhəd rejim qaydalarını pozan  2168  nəfər barəsində müvafiq tədbirlər görülüb. Cinayətkarığa qarşı mübarizə tədbirləri çərçivəsində isə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Həmçinin, sərhəd nəzarəti zamanı 2 kiloqrama yaxın narkotik maddə də aşkarlanaraq götürülüb.