Cəmiyyət

Son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində artım müşahidə edilir

21-11-2017 | 13:02        

  

Son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində artım müşahidə edilir. Təkcə bu tədris ilində 2472 nəfər 600-dən yuxarı bal toplayıb. “Ali təhsildən gözləntilər” adlı seminarda bu barədə məlumat verilib.

Müsbət dinamika bütün ixtisas qrupları üzrə müşahidə olunur. Son 4 ildə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 6 dəfə artıb. Təkcə bu il qəbul imtahanlarında 2 min 472 nəfər 600-dən yuxarı, 15 nəfər isə 700 bal toplayıb. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycan Fransız Universitetində təşkil edilən seminarda bu barədə məlumat verdi. Bildirdi ki, ali təhsil müəssisələrində ingilis dilində tədris edilən ixtisaslara qəbul olunan tələbələrin sayı iki dəfə artıb. Bu tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbilərin sayı da artaraq 5 min 410 nəfər təşkil edib. Kəmiyyət və keyfiyyət göstəricilərindəki dəyişiklik təhsilin bütün pillələrini əhatə edir. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36 faiz yüksəlib.