Cəmiyyət

Əlil Təşkilatları Birliyinin növbəti qurultayı ölkəmizdə keçiriləcək

21-11-2017 | 10:17        

  

Tacikıstanın paytaxtı Düşənbə şəhərində “BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyasının ratifikasiyası, yerinə yetirilməsi üzrə təcrübə mübadiləsi” mövzusunda beynəlxalq seminar və Beynəlxalq Əlil Təşkilatları Birliyinin növbəti 10-cu qurultayı keçirilib. Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu toplantıda qurumun gördüyü işlər, qarşıda duran vəzifələr  müzakirə mövzusu olub və bir sıra təşkilatı məsələlərə baxılıb. Qurultayın yekununda Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli Beynəlxalq Əlil Təşkilatları Birliyinin vitse-prezidenti seçilib. Əlil Təşkilatları Birliyinin növbəti qurultayının ölkəmizdə keçirilməsinə qərar verilib.