İqtisadiyyat

Yanvar-oktyabrda 56481,5 milyon manatlıq ÜDM istehsal edilib

21-11-2017 | 10:12        

  

Yanvar-oktyabr aylarında ölkə rezidentləri tərəfindən 56481,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artıb, onun ÜDM-də payı 62,7 faiz olub. Neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,0 faiz azalıb. ÜDM istehsalının 40,2 faizi sənayedə, 10,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,8 faizi tikintidə, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5806,7 manata bərabər olub.