Xarici xəbərlər

Son 10 ayda Ermənistanı 9300 nəfər bir dəfəlik tərk edib

20-11-2017 | 12:21        

  

Ermənistanda əhalinin miqrasiya ilə bağlı vəziyyət  ildən-ilə ağırlaşır. Rəsmi məlumata görə Ermənistan əhalisinin sayı 2011-ci ildə həyata keçirilən əhalinn siyahıya alınmasına əsasən,18,3 min nəfər azalıb. Bunun da 9 min 300-ü son 9 ayda qeydə alınıb. Başqa ölkələrə sığınan Ermənistan vətəndaşlarının getdikləri yerlərdə də bəxti gətirmir. Sosioloji təşkilatların araşdırmalarına əsasən 10 minlərlər erməni xaricdə qara işlərdə çalışır. Bununla belə onlar geri qayıtmaq istəmirlər. Çünki, Ermənistanda vəziyyət daha ağırdır. “Armtayms” saytıi yazır ki, əhalinin miqrasiyası ölkənin iqtisadiyyatı və təhlükəsizliyinə təhdiddir. ABŞ-ın işğalçı ölkədəki səfiri Riçar Mill də jurnalistlərə müsahibəsində bu problemə toxunub. Diplomat bildirib ki, Ermənistanda ağır iqtisadi vəziyyət hökm sürür.  Bunun əsas səbələrindən biri də miqrasiyadır. Əsas əmək qabiliyyətli vətəndaşların ölkəni tərk etməsi isə mənfi fəsadlarını verir. Səfir onu da vurğulayıb ki, əgər hökumət iqtisadiyyatı yaxşılaşdırsa, insan hüquqları və demokratiya sahəsində  islahatlar aparsa əhali ölkədən getməz. Ermənistandan gedənlər indi əsasən ABŞ-a üz tutmağa çalışırlar.  2017-ci il ərzində bu ölkənin səfirliyinə müraciət edənlər arasında Ermənistan vətəndaşları üstünlük təşkil edr. Bu haqda məlumat  ABŞ  Dövlət Katibliyinin hesabatında yer alıb. Bildirilir ki,  siyahıda 51,87 faiz göstərici ilə Ermənistan ilk sıradadır. Lakin Birləşmiş Ştatlar höküməti işğalçı ölkə vətəndaşlarının müraciətlərindən imtina edib.