Cəmiyyət

Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad ediblər

20-11-2017 | 11:32        

  

Noyabrın 20-də Azərbaycan uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gedən Forum iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.