Cəmiyyət

İkinci Baku Shopping Festivalı başa çatsa da lotereya uduşları davam edir

17-11-2017 | 12:57        

  

2-ci Bakı Şopinq Festivalı noyabrın 15-də başa çatsa da, alıcıların festival sevincləri davam etməkdədir. Belə ki, “Festival sürprizləri” adlı ani stimullaşdırıcı lotereya biletlərinin alıcılara təqdim edilməsi müddəti noyabrın 25-dək uzadılıb.Təşkil edilən lotereya uduşları zamanı qaliblər festival iştirakçısı olan mağaza və ticarət mərkəzlərindən müxtəlif hədiyyələr və hədiyyə kuponları qazanırlar.

Qeyd edək ki, lotereyanın şərtləri və oynanılmış uduş fondunun nəticələri barədə məlumat festivalın rəsmi bakushopfest saytında yerləşdirilir. Bu günlərdə Bakıda səfərdə olan Misirin turizm şəhəri - Şarm əş-Şeyx şəhərinin yerləşdiyi Cənubi Sinay regionunun qubernatoru Xalid Fuda İkinci Bakı Şopinq Festivalının təşkilini yüksək qiymətləndirib. Qubernatorun sözlərinə görə, Festival turizmin, ticarətin və iqtisadiyyatın inkişaf etdirilməsi baxımından çox yaxşı ideyadır. Biz də “ASAN xidmət” modeli ilə yanaşı, bu festivalın təcrübəsindən də istifadə edə bilərik- deyə Xalid Fuda vurğulaıb.

Məşhur “Made in İndia” mahnısının ifaçısı, Bakıda keçirilən “Hind gecəsi” musiqi festivalının qonağı Alişa Çinay Azərbaycanın paytaxtı Bakıda şopinq festivalının keçirilməsinin müsbət hal olduğunu deyib. Bildirib ki, Şopinq festivalları adətən nüfuzlu, inkişaf etmiş ölkələrdə təşkil edilir. Şopinq festivalı, həm də Bakının dünyaya yeni imicdə təqdim edilməsi baxımından əhəmiyyətlidir. Ölkəmizin paytaxtı haqqında fikirlərini bölüşən qonaq diqqətə çatdırıb ki, Bakı qədim tarixi olan gözəl şəhərdir.