Cəmiyyət

Ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb

17-11-2017 | 12:31        

  

Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Noyabrın 13-də Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb. Astara rayonu istiqamətində xidmət aparan Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisi tərəfindən balıqçı qayığının şübhəli hərəkətləri müşahidə olunub. Sərhədçilərin “Dayan” əmrinə tabe olmayan balıqçı qayığı təqib edilərək saxlanılıb. Qayıqdakı şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Raqib Mirzəyev və Samid Əliyev olmaları müəyyənləşdirilib. Qayığa baxış zamanı bağlamanın içərisində 2 kiloqram tiryək, 1 kiloqram 510 qram heroin və 290 ədəd üzərində “Metadone-40” yazılan dərman preparatları aşkar olunub. Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.