İqtisadiyyat

“ASAN viza” sistemi vasitəsilə viza verilən ölkələrin siyahısı genişləndiriləcək

17-11-2017 | 10:21        

  

Ölkəyə turist axınının sürətləndirilməsi  üçün “Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması” hökumətin diqqət mərkəzindədir.  Dövlət başçısının bu barədə sərəncamının icrası ilə əlaqədar “ASAN viza” sistemi vasitəsilə viza verilən ölkələrin siyahısı genişləndiriləcək. Bununla bağlı bir çox dövlət qurumları müxtəlif təkliflər irəli sürüb. Təkliflər sırasında viza rejimi tətbiq olunmayan, ölkənin giriş məntəqələrində viza rəsmiləşdirilməsi mümkün olan və “ASAN viza” sistemi vasitəsilə rəsmiləşən ölkələrin siyahısının genişləndirilməsi və viza prosedurlarının sadələşdirilməsi siyasətinin davam etdirməsi kimi məsələlər var.