İqtisadiyyat

“Kurık” və “Lianyungang” limanları “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasının üzv qəbul olunublar

17-11-2017 | 10:18        

  

Qazaxıstanın “Kurık” və Çinin “Lyanyunqan” limanları “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasının assosiativ üzvlüyünə qəbul edilib. Bu barədə qərar “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Assosiasiyasının Hüquqi Şəxslər Birliyinin Bakıda keçirilən ümumi yığıncağında qəbul olunub. Marşrutla cari ildə daşınan yüklərin həcmi 725 min ton səviyyəsində müəyyən olunub. Lakin, ötən 10 ay ərzində artıq 1 milyon tondan çox yük daşınıb, ilin yekununda bu həcmin 1,3 milyon tondan az olmayacağı proqnozlaşdırılır. Qeyd edək ki, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” “orta dəhliz” adlandırılır və Qazaxıstan və Çindən gələn yüklərin Azərbaycan üzərindən Avropaya, eləcədə, əks istiqamətə daşınmasını təmin edir.