Xarici xəbərlər

Aİ-yə üzv ölkələr iki il ərzində 34 000 miqrantı qəbul etməyə razılıq veriblər

16-11-2017 | 10:48        

  

Avropa İttifaqına üzv ölkələr iki il ərzində Afrika və Yaxın Şərq ölkələrindən 34 000 miqrantı qəbul etməyə razılıq veriblər. Bu barədə Avropa İttifaqının daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Dimitris Avromopulos məlumat verib. Sentyabrda Avropa İttifaqı 50 000 miqrantın yerləşdirilməsi planını açıqlasa da,  indiyədək 16 ölkə 34 000 qaçqını qəbul etməyə razılıq verib. Bu yolla Avropa İttifaqı Aralıq dənizi vasitəsilə miqrantların qanunsuz daşınması ilə mübarizə aparmaq niyyətindədir. Plana əsasən ölkələrə hər qaçqının saxlanılmasına görə 10 000 avro ayrılacaq. Almaniya hələ ki, qaçqınların yerləşdirilməsi proqramında iştiraka razılıq verməyib.