İqtisadiyyat

Moskvada nar bayramı keçiriləcək

16-11-2017 | 10:00        

  

Noyabrın 24-də Moskvanın “Taqansk” parkında nar bayramı keçiriləcək.

Moskva hökuməti milli siyasət və regionlararası əlaqələr departamentindən bildiriblər ki, bayram tədbirlərinin keçirilməsində məqsəd Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafıdır.

Tədbir çərçivəsində konsert proqramı, rəsm və foto sərgisi, nardan müxtəlif təamların hazırlanmasına dair ustad dərsləri keçiriləcək. Parkda təşkil olunacaq “Şərq bazarı”nda Azərbaycan məhsulları satılacaq.

Təşkilatçılar - Moskva hökuməti milli siyasət və regionlararası əlaqələr departamenti və mədəniyyət departamenti uşaqları da yaddan çıxarmayıblar. Bayram şənlikləri çərçivəsində uşaqları animatorlar şənləndirəcəklər.