Xarici xəbərlər

BMT-nin insan hüquqları üzrə ali komissarı Aİ-nin miqrasiya siyasətini tənqid edib

15-11-2017 | 14:14        

BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn Avropa İttifaqının Liviyadakı miqrasiya siyasətini tənqid edib. Qurum rəsmisi Avropa İttifaqının Liviya Sahil Mühafizə Xidmətinə dəstəyi nəticəsində minlərlə miqrantın bu ölkədə dəhşətli şəraitdə saxlanılmasını qeyri-insani siyasət adlandırıb. Zeyd Raad Əl-Hüseynin sözlərinə görə Liviyada qaçqın və miqrantların qorunması sistemi tamamilə dağılıb. Aralıq dənizində saxlanılaraq Liviyaya qaytarılan şəxslər qeyri-insani şəraitdə saxlanılırlar. Ali komissar bildirib ki, noyabrın 1-dən 6-dək Tripolidə qanunsuz miqrantların saxlanıldığı 4 mərkəzə baş çəkmiş qurum nümayəndələri gördüklərindən dəhşətə gəliblər. Zeyd Raad Əl-Hüseyn miqrantların işgəncə, təcavüz və məcburi əməyə məruz qalmaqlarına dair sübutların olduğunu bildirib. Avropa İttifaqı ilə Liviya arasında əldə olunmuş razılaşmalara əsasən Aralıq dənizi vasitəsilə Avropaya çatmağa çalışan miqrantlar saxlanılaraq Liviyaya qaytarılırlar. Liviyanın Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsinin məlumatına görə hazırda müvəqqəti saxlama mərkəzlərində 20 000-ə yaxın adam var. Sentyabrın ortalarında bu rəqəm cəmi 7 000 olub.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR