Xarici xəbərlər

Hava zərbələri nəticəsində 60-dan çox adam ölüb

15-11-2017 | 09:11        

  

Suriyanın Hələb vilayətində hava əməliyyatları nəticəsində  onlarla mülki şəxs həlak olub.  Atarib şəhərinə endirilən aviazərbələrdə  azı 61 nəfər ölüb, çox sayda sakin yaralanıb.  Ölənlər arasında qadınlar və uşaqlar da var.  Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır. İtkin düşənlərin olduğu bildirilir. Tələfatın artacağı istisna edilmir.  Suriyada 6 ildir davam edən silahlı münaqişə nəticəsində 400 mindən çox adam  qətlə yetirilib. 11 milyondan çox sakin evlərini tərk etməli olub.