Cəmiyyət

Gənc sərhədçilərin andiçmə mərasimi keçirilib

14-11-2017 | 15:58        

  

Dövlət Sərhəd Xidmətinin Göytəpədə yerləşən n saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Təntənəli mərasimdə çıxış edənlər əlamətdar hadisə münasibətilə gənc əsgələri təbrik edbilər. Bildirilib ki, bu andan etibarən onlar da ordunun bütün şəxsi heyəti kimi Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar. Sonra gənc əsgərlər Azərbaycanın mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müqəddəs sərhədlərini qoruyacaqlarına  and içiblər. Mərasim gənc əsgələrin təntənəli keçidi ilə başa çatıb.